تبليغاتX
cevizagaci

 

Sahildən uzaqlaşıram

                               Uzaq

çılım çılpaq

Dənizleri gəzə gəzə

çayları üzə üzə

                         əlvida torpaq

Başımın üstündə vətən göyü

                                           Göm göy

Dəniz daşları göy

Göz gördükcə göy

Təkcə günəş ləkəsi düşmüş göyün  üzünə

                                               Və mən vətən gözünə

Təkcə mən göy deyiləm

Nə yaxşı göy deyiləm

 

Yer göyə qısqanır

Ayağının altın eşir

   Yıxılacaq bir gün göy.

                                    83- bayram qabağı

 

 

+ , 2008/10/16 , 9:15 PM |

Sevdim şamı

Sevdim şamı

Niyə ki o, fəsilləri tanımadı

Monaliza gülüşü tək əbədidir yaşıllığı

 

Göz yaşıma ıslanmağı

Sevgilimin ətəyinə aslanmağı

Ya belimin qüdrətinə dayanmağı

                                                 Istəmirəm

Hər bir şeydən özgür qalmaq

Olsa

Hatta istəmirəm

Dizim adlı dirəkləri

Mənə yanan tərəhhümlü ürəkləri

                                                     83- ölçən

 

+ , 2008/10/16 , 8:56 PM |

Sevgilim telefonda mənə tar çalır

itməsin bu mahnı deyə

yayılsın büsbütün ellərə

                          melodisin yazır

telefon dirəyinin tellərinə qonmuş

                                               köçmən quş

+ , 2008/10/10 , 9:25 PM |

Qızıl gül qonçalayıb

yaz çıxmadan buraxılsam

Beş alı ağacı əkəcəyəm

Kiçik bacıma

"hər gün bunları suvar"

Söyləyəcəyəm

Tarlamızın göy tablosuna

 Ulduz, ay çəkəcəyəm

Axı bizim yoncalar

Ay ışığında ucalar

Bir daha tutulsam

Tutulacaq tablodakı ay

Məktub yazacağam kiçik bacıma

Salam göndərəcəyəm alı ağacıma

Sonra yazacağam

Tapda mis qazanları

Cin qaçsın

ay açsın.

+ , 2008/8/16 , 8:40 PM |

Qızım mən sənə

Nə mahnı öyrədəcəyəm

Nə yad dildə surud

Nə də quran

Get hər nəyə inanırsan inan

Mənim sənə payım

 kiçicik bağça

və neçə güldan

toxum ək

su səp

hər gün günəş durmadan oyan

serçə səsinə

sarmaşıq həvəsinə

mən sənə nə salam öyrədəcəyəm

nə sağollaşma

yalnız çiçək becərmək öyrədəcəyəm

     çiçək becərmək

+ , 2008/8/15 , 8:19 PM |